
Xerson vilayətində qadınların oğurlanması və yerli sakinlərə işgəncə verilməsi ilə bağlı çoxsaylı faktlar qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Xerson vilayətinin yaşayış məntəqələrində işğalçılar tərəfindən yerli əhaliyə qarşı terrorun artması qeydə alınır. Rus ordusu hərbi qulluqçuların, könüllülərin və onların ailə üzvlərinin müəyyən edilməsi məqsədilə evlərdə axtarışlar aparır. Çoxlu sayda qadının oğurlanması və yerli sakinlərə işgəncə verilməsi halları var”, – məlumatda deyilir.
Çerniqov vilayətinin bəzi yaşayış məntəqələrində isə rus ordusu ölkə mətbuatında təbliğat xarakterli xəbərləri yaratmaq üçün yerli əhali arasında humanitar yardım adlanan vəsaiti məcburi şəkildə paylayırlar:
“Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə düşmən yerli əhalinin hərəkətinin qarşısını almaq üçün nəzarət-buraxılış məntəqələri sistemi qurmaqda davam edir”.
Gununsesi.info