
İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, İ.Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.
Gununsesi.info