
Dünyada enerji sektorunda Rusiyanın yerini tuta biləcək heç bir ölkə yoxdur.
Gununsesi.info xəbər verir ki, bu sözləri Qətərin energetika naziri Saad bin Şərid əl-Kaabi deyib.
O bildirib ki, Doha AB ölkələrinə qaz təchizatında kömək edə bilmir:
“Düşünmürəm ki, biz hazırda (Avropaya – red.) təcili yardım edə bilərik. Enerji təchizatında Rusiyanın yerini heç kim tuta bilməz”.
Gununsesi.info