
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi ilə bağlı ehtiyata buraxılıb.
Gununsesi.info-nun məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Bu gün Zakir Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda sərəncam diqqətə çatdırılıb.
Qeyd edək ki, 58 yaşlı R.Tahirov bu vəzifədə 2014-cü ildən bəri çalışırdı.