Daha bir tələbə qəfil vəfat etdi

Azərbaycanda daha bir tələbə vəfat edib.

Gununsesi.info xəbər verir ki, Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II tədris ili tələbəsi Bayramova Sevinc Sirac qızı vaxtsız dünyasını dəyişib.

 

Məlumatı Bakı Slavyan Universiteti yaysa da, ölüm səbəbi açıqlanmayıb.

 

Allah rəhmət eləsin!