Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı

  • By Günel
  • 21 Noyabr 2024 09:32

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gələcək.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.

Gununsesi.info