
Bu gün Prezidentin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Qubaya icra başçısı təyin edilib.
Gununsesi.info xəbər verir ki, İ.Mahmudov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.
O, daha əvvəl Bakı Humanitar Kollecin direktoru vəzifəsini tutub.
İ.Mahmudov əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub.
Gununsesi.info