
Bu gün bir qrup separatçı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus avtomobillərin Ağdama keçməsinə icazə verməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, sülhməramlılar öz ehtiyacları üçün Ağdam yolundan istifadə etmək istəyiblər.
Ancaq ermənilər onların maşınlarının qarşısını kəsib. Tərəflər arasında gərginlik yarandığı bildirilir.