Çin Bakı ilə Yerevan arasında fərq qoymadı

Çin Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanla münasibətlərə toxunub.

Gununsesi.info xəbər verir ki, XİN rəsmisi Çjao Litzin tərəfləri sülhə çağırıb.

“Biz səmimi qəlbdən inanırıq ki, tərəflər dünyada və regionda sülh naminə dialoq və məsləhətləşmə yolu ilə öz fikir ayrılıqlarını yoluna qoya biləcək”.

Rəsmi Pekin hər iki ölkəni partnyor adlandırıb.