Quba sakinini maşın vurub

Quba sakinini maşın vurub

Bu gün axşam saatlarında Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un verdiyi məlumata görə, Qubanın Qaraçay kənd sakini, 1957-ci il təvəllüdlü Abdullayev Fərhad Nurməmməd oğlunu maşın vurub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona bud sümüyünün sınığı, sifətin sıyrılmış və cırılmış yaraları diaqnozu qoyulub.

Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS