Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb.
Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS