ABŞ səfiri seçkilərdən danışdı

ABŞ səfiri seçkilərdən danışdı

ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger Azərbaycanın ATƏT/DTİHB müşahidəçi missiyasını 9 fevral parlament seçkilərinə dəvət etməsini alqışlayıb.

Gununsesi.org Turan-a istinadən bildirir ki, jurnalistlərlə söhbətində səfir ümidvar olduğunu bildirib ki, yeni parlamentdə qadınların, o cümlədən sahibkarların sayı çox olacaq.

Azad və demokratik seçkilər ölkəni irəliyə apara bilər. “Biz beynəlxalq və yerli müşahidəçilər tərəfindən seçkilərin monitorinqi üçün hökumətin hər cür şərait yaradacağını gözləyirik”, – səfir deyib.

 

Gununsesi.org

COMMENTS