
Amerikada yaşayan və ilanla güləşən Onya Lee ölkədə gündəm olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qonşusunun bağçasından gələn 3 metrlik ilanı gördükdə, böyük şok yaşayıb.
Qız ilanın öz üzərinə gəlməsi ilə hərəkətə keçib. Heyvanı başından tutub yerdən-yerə vurub.
Lee cəsur davaranışı ilə daha sonra atasının köməyi ilə ilanı bir paketin içinə qoyub.
Leenin ilanı qonşularının bağçasından uzaqlaşdırması və ilanla güləşi görüntülərlə qeydə alınıb.
Tərcümə: Arzu Sayadoğlu