Son doqquz gün ərzində ABŞ-da yeddinci dəfə yoluxma hallarının sayına görə anti-rekord qeydə alınıb.
Gununsesi.org bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Son sutkada ölkədə COVID-19-a 57 497-a nəfər yoluxub. Bundan əvvəlki anti-rekord isə bir gün öncə qeydə alınmışdı – 55 220 nəfər.
Xatırladaq ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünya üzrə birinci yerdə qərarlaşıb.
Gununsesi.org
COMMENTS