Qarın fəsadına görə polisə 2000-nə yaxın çağırış gəlib

  • By admin
  • 09 Yanvar 2023 21:48
Gün ərzində respublikamızda polis əməkdaşları 1830 çağırışa çıxıblar. Post Patrul, Çevik Polis, Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.
Bunu Gununsesi.info-ya açıqlamasında DİN-nin şöbə rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, heç bir çağırışa etinasız yanaşılmayıb:
“Bütün çağırışlar üzrə nəticələr Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılıb.
Hava şəraiti ilə əlaqədar evdən çıxa bilməyən ahıl və xəstəliyi olan şəxslərin zəruri ehtiyacları ilə bağlı “102 Zəng Mərkəzi”-nin fasiləsiz olaraq məlumatları ərazi polis orqanlarına ötürməklə polis əməkdaşlarının müdaxiləsi təşkil edilib”.
Nazirlik sözçüsü əlavə edib ki, DİN tərəfindən bütün istiqamətlər üzrə xidmətin fasiləsizliyi davam etdirilir.
Mətləb 
Gununsesi.info