
“Qarabağ” klubu ilk transferini yekunlaşdırıb.
Gununsesi.info-nun məlumatına görə, Ağdam təmsilçisi Adama Diakabi ilə danışıqlar başa çatıb. Dünən tibbi müayinədən keçən futbolçunun səhhətində problem aşkarlanmayıb.
Bütün prosedurlar başa çatdığından azad agent statusuna malik olan futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Komandanın Antalyadakı düşərgəsində olan futbolçunun transferinin bu gün və ya sabah açıqlanacağı gözlənilir.
Futbolçu bu n bu gün “Qarabağ”ın Antalyada Polşanın “Rakuv” klubu ilə keçirəcəyi yoxlama oyununda meydana çıxa bilər.
Qeyd edək ki, Fransanın U-21 milli komandasında çıxış etmiş vinger ölkəsində “Kan”, “Amyen”, “Monako”, “Renn”, İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarında çıxış edib.
Gununsesi.info