Qarabağ erməniləri fəallaşır: Xankəndidə “Ararat” erməni-rus regional mərkəzi açılır

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərində məskunlaşmış erməni separatçı-terrorçuları fəallaşır. Onlar Rusiyanın Ukraynaya yönəlik hücum təşəbbüslərini müdafiə edirlər.

Gununsesi.info bildirir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu gün Qarabağ separatçılarının “siyasi qüvvələri” Xankəndidə qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın tanınması hüququnun müdafiəsi üçün aksiya keçirəcək.

Gələn həftə isə Qarabağda “Ararat” erməni-rus regional mərkəzinin filialı açılacaq, onun rəhbəri Rusiyada yaşayan Manvel Arakelyandır. “QHT”nin missiyası Ermənistan-Rusiya münasibətlərini dərinləşdirməkdir.

Gununsesi.info