
Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib: “Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.
Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarnı, xəstəxanaları, bağçaları hədəf alır.
“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, – məlumatda bildirilib.
Gununsesi.info