
Gədəbəy rayonunun Çalburun kəndində ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 96 m² sahədə yanıb.
Gununsesi.info bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info