
Rusiya ordusu Ukraynanın Melitopol şəhərinə tam nəzarəti ələ keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.
“Rusiya Silahlı Qüvvələrinin bölmələri Melitopol şəhəri üzərində tam nəzarəti bərqərar edib. Rusiya hərbçiləri dinc əhalinin təhlükəsizliyini təmin etmək, Ukrayna xüsusi xidmət orqanları və millətçilərinin təxribatlarını istisna etmək üçün bütün tədbirləri görür”, – o deyib.
İqor Konaşenkov qeyd edib ki, Ukrayna hərbçiləri öz mövqelərini tərk edərək, arxadakı elektrik stansiyalarını, körpüləri partladırlar.
Gununsesi.info