
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın “Pandoranın qutusu”nu açdacağını söyləyib.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən toplantısında iştirak edən ABŞ dövlət katibi Rusiya lideri Vladimir Putin haqqında açıqlamalar verib. “Prezident Putinin seçdiyi müharibə ilə biz real insanlar, analar, atalar, uşaqlar üçün ağır nəticələri olan müharibə ilə qarşı-qarşıyayıq. Bu görüntüləri televiziyada görürük və bu vəziyyət dayanmalıdır. Biz dayandırmaq üçün əlimizdən gələni etməyə qərarlıyıq”, Blinken deyib.
Blinken həmçinin bildirib ki, İkinci Dünya Müharibəsindən sonra qoyulmuş qaydalara riayət etməyən Putin belə davam edərsə, bütün dünya üçün “Pandoranın qutusu”nu açacaq.
Gununsesi.info