
İsrailin 394 gündür hücumlarını həyata keçirdiyi Qəzzada son 24 saatda həyata keçirilən hücumlarda 27 nəfər ölüb, 86 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 27 nəfər artaraq 43 min 341-ə çatıb.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 341-ə, yaralıların sayı isə 102 min 105-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Orxan Saffari