
İndoneziyanın Flores adasında baş verən vulkan partlayışında ilkin məlumata görə, 10 nəfər həyatını itirib. “Sakit okean od halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, ölkənin ucqar adalarından biri olan Floresdə yerləşən Levotobi Laki Laki dağında vulkan püskürməsi baş verib.
Püskürmədən sonra lava axını ilə çatılan yaxınlıqdakı kənddə bir neçə ev, o cümlədən monastır yanıb.
Səlahiyyətlilər bir rahibə də daxil olmaqla 10 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü bildirib.
Orxan Saffari