
2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayının 29 514 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Təkcə son 24 saat ərzində 104 fələstinli İsrailin hücumlarının qurbanı olub. Bundan başqa, eksklavın daha 160 sakini xəsarət alıb”, – məlumatda deyilir.
Nazirlik qeyd edib ki, İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları zamanı yaralananların ümumi sayı 69 616 nəfərə çatıb.
Ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail qüvvələrinin yaratdığı maneələr səbəbindən təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.
Gununsesi.info