
Latviya Seymi “Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında” qanuna Rusiya və Belarusdan daxili istehlak üçün kənd təsərrüfatı məhsullarının idxalını qadağan edən düzəlişləri qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Latviya parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qadağa Rusiya və ya Belarusda istehsal olunduğu təqdirdə üçüncü ölkələrdən gələn məhsullara da şamil edilir. Bu, həm kənd təsərrüfatı, həm də heyvandarlıq məhsullarına birbaşa aiddir, son çatdırılma məntəqəsi Latviyadadır. Məhdudiyyət digər Avropa İttifaqı ölkələrinə daşınan mallara təsir etməyəcək.
Qanunu Latviya prezidenti Edqars Rinkeviç təsdiqlədikdən sonra qüvvəyə minəcək. Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin ilk 10 ayında Rusiya kənd təsərrüfatı və yem məhsullarının ölkəyə idxalı 280 milyon avro təşkil edib.
Seym Nazirlər Kabinetinə gələn il martın 1-dək planlaşdırılan qadağanın milli iqtisadiyyata və ictimai maraqlara təsirini qiymətləndirib Seymə məruzə etməyi tapşırıb.
Gununsesi.info