Qəzzada ölənlərin sayı 28 minə çatır

Oktyabrın 7-dən İsrailin Qəzza zolağında davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 27 947 nəfərə çatıb, daha 67 459 nəfər yaralanıb.

Gununsesi.info bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağı üzrə rəsmi nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.

Əl-Qudranın məlumatına görə, son 24 saat ərzində Fələstin anklavının daha 107 sakini İsrailin hücumlarında öldürülüb, 142 fələstinli isə yaralanıb.

Rəsmi qeyd edib ki, ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yolların kənarlarında qalır. Onun sözlərinə görə, tibb qrupları və mülki müdafiə personalı İsrail hərbçilərinin maneələri səbəbindən ölü və yaralılara yetişə bilmir.

Gununsesi.info