Qəzzada ölən sayı 21 mini keçdi

İsrailin Qəzzaya hücumlarında həyatını itirən fələstinlilərin sayı 21 min 110-a çatıb.

Gununsesi.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin 7 oktyabrdan bəri davam edən hücumlarında can itkisinin 21 mini keçdiyini açıqlayıb.

Nazirlik Qəzzada yaralıların sayının 55 min 243-ə çatdığını qeyd edib.

Nazirlik son 24 saat ərzində Qəzzada daha 195 nəfərin öldüyünü, 325 nəfərin yaralandığını bildirib.

Gununsesi.info