İtaliya Ukraynaya dəstəyi davam etdirəcək

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani ölkəsinin Ukraynaya tam dəstək kursunu davam etdirəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Canale 5” nəşri məlumat yayıb.

O deyib ki, İtaliyanın G7-yə sədrliyi zamanı ölkə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli yollarını axtaracaq.

“Qərb Ukrayna ilə həmrəylik nümayiş etdirməkdə davam edir və sədrliyimizlə G7-də bu, Yaxın Şərq və süni intellekt məsələləri ilə yanaşı prioritet olacaq. Biz həm Ukraynada, həm də Yaxın Şərqdə sülh istəyirik”, – deyə Tajani qeyd edib.

 

 

Gununsesi.info