Abramoviçin iki övladı Litva vətəndaşlığı aldı – Baş nazirdən reaksiya

Litvanın baş naziri İnqrida Simonyte rusiyalı oliqarx Roman Abramoviçin iki övladının Litva vətəndaşlığını üzə çıxaran jurnalist araşdırmasının məlumatlarını şərh edib.

Gununsesi.info xəbər verir ki, baş nazirin açıqlamasını LRT yayıb.

Simonyte görə, əgər vətəndaşlıq beynəlxalq sanksiyalardan yan keçmək üçün alınırsa, o zaman ölkə qanunlarını dəyişdirərək ondan məhrum edilməsi barədə qərar qəbul edilə bilər.

Litva hökumətinin başçısı əlavə edib ki, mənşəyinə görə vətəndaşlıqdan məhrum etməkdən imtina edildiyi halda qanunvericilik aktlarında digər mümkün yollar və zəruri dəyişikliklər müzakirə oluna bilər.

Şimonyte bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Kremlə yaxın adamların çoxu Aİ ölkələrində yaşamağa icazə verən sənədlər alıb və Rusiya rəhbərliyinə açıq şəkildə dəstəyini ifadə edib, bu, problemdir.

Bir gün əvvəl məlum olub ki, Abramoviçin iki övladı Litva vətəndaşlığına malikdir və bunu RusiyanınUkraynaya qarşı genişmiqyaslı müharibəsindən əvvəl də alıb.

Bundan sonra Litva Daxili İşlər Nazirliyi milli təhlükəsizlik səbəbi ilə Litva vətəndaşlığından məhrum edilməsinə icazə verən qanunvericiliyə dəyişikliklər üçün təkliflər hazırladığını açıqlayıb.

Gununsesi.info