Qəzzada HƏMAS-a qarşı əməliyyat İsrailə 50 milyard dollardan çox başa gələcək

  • By ilhame
  • 05 Noyabr 2023 15:31

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ölkəyə ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard ABŞ dollarına – Qeyd) başa gələcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunub ki, bu xərclər İsrailin ÜDM-nin illik 10%-ni təşkil edəcək.

Nəşr vurğulayıb ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.

Xatırladaq ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil etmişdi.

Gununsesi.info