“Sərhədçi” mövsümdə ilk qələbəsini qazanıb

  • By ilhame
  • 05 Noyabr 2023 15:15

Azərbaycan Basketbol Liqasında (ABL) II tura yekun vurulub.

Gununsesi.info-nun məlumatına görə, turun son matçı Şəki Olimpiya İdman Kompleksində baş tutub.

İlk turda məğlub olan “Sərhədçi” bu dəfə səfərdə “Şəki” ilə qarşılaşıb.

Qonaq komanda rəqibini 81:74 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanıb.

Görüşün ən məhsuldar basketbolçuları “Şəki”dən Kris Klark (24 xal, 5 ribaund), “Sərhədçi”dən isə Cekson Rid (30 xal, 5 ribaund) olublar.

Gununsesi.info