Qəbələ sakinləri odlu silahları polisə təhvil veriblər

  • By ilhame
  • 22 Yanvar 2024 22:07

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

 

Gununsesi.info