Ağdamda piyadanı vuran sürücü hadisə yerindən yayınıb

  • By ilhame
  • 22 Yanvar 2024 22:25

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Səxavət Yafət oğlunu avtomobil vurub.

 

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info