Putini duelə çağıran İlon Mask Kadırova CAVAB VERDİ: Yalnız sol əlimlə...

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın Rusiya Prezidenti Vladimir Putini Ukrayna uğrunda təkbətək duelə çağırmasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Kreml rəhbərini müdafiə etmək üçün ayağa qalxıb.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, Kadırov “Telegram”dakı paylaşımında İlon Maska qadın adı verib və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib.

“Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm”, – Mask Kadırova cavab verib.

Gununsesi.info