Məhkəmə Ovsyannikova ilə bağlı qərar verdi

  • By admin
  • 15 Mart 2022 22:23

Moskvanın Ostankino Məhkəməsi “Birinci Kanal”ın əməkdaşı Mariya Ovsyannikovanı kütləvi tədbirin keçirilməsi qaydalarını pozduğuna görə 30 min rubl məbləğində cərimələyib.

Gununsesi.info xəbər verir ki, Ovsyannikova ilə bağlı material Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq olmadan kütləvi tədbirin təşkili və ya keçirilməsi) əsasında tərtib edilib.

Vəkilin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl yayılan və Ovsyannikovanın insanları mitinqlərə çıxmağa çağırdığı video ilə maraqlanıblar.

Ovsyannikova özü isə məhkəmə iclasında təqsirini boynuna almadığını bildirib:

“Mən günahımı etiraf etmirəm, bu, mənim müharibə əleyhinə bəyanatım idi”.

Gununsesi.info