
Rusiya Prezidenti Vladimir Putin hərbi üsyan başladan “Vaqner” qüvvələri haqqında danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Putin hərbi böhrandan sonra kameraların qarşısına keçərək “Vaqner” hərbçilərinin çoxusunun vətənsevər olduğunu söyləyib.
Putin “Vaqner” qüvvələrinə səslənərək “sözümü tutacağam”, deyib.
Putin yenidən xalqa çağırış edərək həmrəylik və vətənsevərlik üçün təşəkkür edib.
Xatırladaq ki, muzdlu “Vaqner” hərbi birləşməsi rus ordusunu onlara hücum etməkdə ittiham edərək Ukraynadakı qərargahlarını tərk etmiş və Rostov şəhərinə girmişdi.
Tərcümə: Arzu