d

“Vaqnerçilərə verdiyim söz yerinə yetiriləcək” -Putin

“”Vaqner” özəl hərbi şirlətinin döyüşçüləri xidmətlərini Rusiya Federasiyası Müdafiə Nazirliyində davam etdirə və ya Belarusa gedə bilərlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin xalqa müraciətində deyib.

HTML tutorial

O bildirib ki, vaqnerçilərə verdiyi söz yerinə yetiriləcək: “Bu gün sizin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb xidmətinizi Rusiyada davam etdirmək, yaxud doğma və yaxınlarınızın yanına qayıtmaq imkanınız var. Kim istəyirsə, Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Təkrar edim, seçim öz əlinizdədir, amma əminəm ki, bu, faciəvi səhvini dərk edən Rusiya döyüşçülərinin seçimi olacaq”.

Putin, həmçinin vahid doğru qərar qəbul edən döyüşcülərə və “Vaqner” qrupunun komandanlarına təşəkkürünü bildirib: “Qardaş qanı tökmədilər, son həddə dayandılar”.

Gununsesi.info