Rusiya Prezidenti Vladimir Putin Suriyada rəsmi səfərdədir.
Gununsesi.org xəbər verir ki, bu barədə “RİA Novosti”yə Prezidentin mətbuat-katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hava limanından Rusiya Silahlı Qüvvələrinin komandanlıq postuna gedən Putini suriyalı həmkarı Bəşər Əsəd qarşılayıb. Dövlət başçıları Suriyadakı vəziyyətlə bağlı hərbi məruzələri dinləyiblər. Daha sonra rusiyalı və suriyalı nümayəndə heyətlərinin ikitərəfli danışıqları baş tutub.
Bundan başqa, Əsəd Putini Milad bayramı münasibətilə təbrik edib. Rusiya Prezidentinin səfəri çərçivəsində Suriyada daha bir neçə obyektə baş çəkməsi planlaşdırılıb.
Gununsesi.org
COMMENTS