Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2203 namizəd müraciət edib.
Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2203 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2075 nəfəri isə imza vərəqələrin artıq götürüb. 874 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 557 nəfər qeydə alınıb.
COMMENTS