
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
Gununsesi.info-nun məlumatına görə, Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
V. Putin deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır: “Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər”.
Gununsesi.info