Fransa da hava məkanını Rusiyaya bağlayır

  • By admin
  • 27 Fevral 2022 17:24

Fransa Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Fransa nəqliyyat naziri Jan-Batist Cebbari “Tvitter-də paylaşım edib.

Nazir bu gün axşamdan hava məkanının Rusiya üçün bağlanacağını bildirib.

Qeyd edək ki, artıq Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Polşa, Çexiya, İtaliya, Hollandiya və Norveç də hava məkanının Rusiya təyyarələrinə bağlanması barədə qərar verib.

 

Gununsesi.info