Ukrayna ordusu daha 2 şəhərdə düşmən hücumunu dəf etdi

Ukrayna hərbçiləri Kiyev vilayətindəki Qostomel və İrpen şəhərlərini Rusiya qoşunlarının hücumundan müdafiə etməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə korrespondent.net yazır.

Bildirilir ki, Qostomel aerodromunda Rusiya Federasiyasının hərbi texnikası və hərbçiləri artilleriya zərbəsi nəticəsində məhv edilib.

Bundan başqa, Ukrayna helikopterləri də düşmənə raket zərbəsi endirib.

Gununsesi.info