Macarıstan Ukraynaya silah verməyəcək

  • By admin
  • 27 Fevral 2022 21:55

Macarıstan Ukraynaya silah göndərməyəcək, çünki ölkənin əlində olan bütün silahlara ehtiyacı var.

Gununsesi.info  xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Macarıstanın mövqeyi dəyişməyəcək, çünki Macarıstan silahlı qüvvələri ölkənin sərhədlərini müdafiə edə bilmək üçün bütün silahlara ehtiyac duyur, buna görə də İtaliya və Almaniyadan fərqli olaraq, biz Ukraynaya silah göndərməyəcəyik”, – o bildirib.

Gununsesi.info