“Rusiya ilə danışıqlarda təslim olmaq niyyətində deyilik” - KULEBA

  • By admin
  • 27 Fevral 2022 18:53

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, ölkəsi Rusiya Federasiyası ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil.

Bu barədə Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir.

Nazir qeyd edib ki, Kiyev dinləmək və öz fikrini bildirmək istəyir. Onun sözlərinə görə, Ukrayna öz ərazisinin bir qarışını belə, təhvil verməyəcək və torpaqlarından imtina etməyəcək.

Dmitro Kuleba dünya ölkələrini Rusiyanı maliyyə cəhətdən tam təcrid etməyə çağırıb.

 

 

Gununsesi.info