Putin Bennettə Soçidə dincəlməyi təklif etdi

  • By admin
  • 24 Oktyabr 2021 15:45

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Naftali Bennettə Soçidə istirahət etməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, Putin bu təklifi İsral baş naziri ilə Soçidə keçirdiyi görüşdə edib.

“Buranı görəndə birinci verdiyim qərar o oldu ki, gələn dəfə həyat yoldaşım və uşaqlarımla gəlim”, – Bennett bildirib.

Bennettin Soçiyə səyahət etməklə bağlı istəyinə Putin belə cavab verib:

“Bura çox yaxşıdır, olimpiya oyunların xizəksürmə hissəsinin keçirildiyi yuxarı yer lap yaxşıdır. Müasir kurortdur. Ora xoşunuza gələcək. Dağ cığırları görünür, ayılar qaçır”.

Gununsesi.info