Taliban İrana getməkdən imtina etdi

  • By admin
  • 24 Oktyabr 2021 14:38

Taliban nümayəndələri Əfqanıstanla qonşu ölkələrin XİN başçılarının Tehrandakı görüşünə qatılmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Taliban nümayəndəsi Zəbiullah Mücahid deyib.

“Taliban hökumətindən heç kim Əfqanıstanla qonşu ölkələrin XİN başçılarının görüşündə iştirak etməyəcək”, – Mücahid bildirib.

Mücahid bununla yanaşı, nazirlərin Tehranda planlaşdırılan görüşünü normal qiymətləndirib.

Qeyd edək ki, oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin görüşündə altı ölkənin – İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlamışdı.

Gununsesi.info