
Rusiyada ağır yol qəzası baş verib.
Gununsesi.info RİA “Novosti”yə istinadla xəbər verir ki, hadisə Kalmıkiyada baş verib.
Belə ki, Mahaçqala – Sankt-Peterburq marşrutu üzrə hərəkət edən “Neoplan” sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində beş nəfər ölüb. Bildirilib ki, avtobusda 28 sərnişin olub.
Gununsesi.info