Prezident: ‘Azərbaycan İrandan Ermənistana və Avropaya narkotrafik marşrutunu bağlayıb’

  • By admin
  • 15 Oktyabr 2021 15:33

Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə bu gün, oktyabrın 15-də prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

 

Günay

Gununsesi.info