
HƏMAS-ın rəhbərlərindən biri olan İzzat ər-Rişk mətbuatda HƏMAS ilə İsrail arasında əsir mübadiləsinə dair razılaşmanın əldə edildiyi və bunun bu gün keçiriləcəyi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Gununsesi.info-nun məlumatına görə, HƏMAS-ın Telegram səhifəsində açıqlama verən Rişk bildirib ki, HƏMAS-dan müxtəlif mənbələrə əsaslanan əsir mübadiləsi və atəşkəs barədə xəbərlər doğru deyil.
Bir məmura əsaslanan İsrail qəzetinin xəbərində məhbusların azad ediləcəyi və atəşkəsin bu gündən başlayacağı ilə bağlı razılığın əldə olunduğu xəbərinin doğru olmadığı bildirilib.
İsrailin məlumatına görə, HƏMAS-ın silahlı qanadı olan Qəssam briqadalarının əlində 239 israilli girov var.
Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ən azı 5500 uşaq və 3500 qadın daxil olmaqla 13 min insan Qəzza zolağında həlak olub.
Gununsesi.info