
ABŞ Dövlət katibi Mayk Pompeo Qətər və Əfqanıstanda səfərdə olub.
Gununsesi.info xəbər verir ki, səfərin əsas məqsədi Talibanın iştirakı ilə Əfqanıstanda sülhün bərqərar edilməsi ilə bağlı danışıqlarda iştirak etmək olub.
Pompeo tvitterdə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Taniyə, Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni və baş nazir Abdullah Abdullaha təşəkkür edib. “Əfqanlar nəhayət öz aralarında sülhü müzakirə edirlər. Nə qədər inanılmaz bir irəliləyiş”,deyə Dövlətkatibi bildirib.
Qeyd edək ki, bəzi mənbələr səfərlərinİranla bağlı ola biləcəyini də iddia edib.
Gununsesi.info